Qadin.NET / 127 il yaşamaq istəyirsiniz? Ərə getməyin

127 il yaşamaq istəyirsiniz? Ərə getməyin

 

Dünyanın ən yaşlı sakinlərindən biri olan 127 yaşlı meksikalı Leandra Beserra Lumberas uzunömürlülüyün sirrini açıqlayıb.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, 1887-ci il avqustun 31-də anadan olan meksikalı qadın bu yaxınlarda 127 yaşını qeyd edib. Onun sözlərinə görə, uzun yaşamaq üçün 3 şeyə əməl etmək lazımdır: birincisi, yaxşı qidalanmaq, ikincisi, saatlarla yatmaq və nəhayət, əsla ərə getməməkdir.Keçmişdə dərzi olan qadın heç vaxt evlənməsə də, 5 uşaq dünyaya gətirib. Onun 20 nəvəsi, 55 nəticəsi var.
Mənbə: Milli.Az

 

3 sentyabr 2014
GO BACK