Qadin.NET / Bakının hərbi hissələrində yenilik

Bakının hərbi hissələrində yenilik

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) Bakı şəhərinin hərbi hissələrində taksofonların quraşdırılmasına başlayıb.Bunu Trend-ə İB-dən deyiblər.Layihə Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşdırılır.Son iki ildə Azərbaycanın dövlət operatorunun şəbəkəsində taksofonların ümumi sayı 3 dəfə azalaraq 1,2 mindən 400 ədədə enib, onların 100-dən çoxu multimedia qurğusudur.Azərbaycanda taksofon rabitəsinin inkişafını ləngidən səbəblərdən biri mobil rabitəyə çıxışın səviyyəsinin yüksək olması və əhalinin telefonlaşdırılmasıdır.Taksofon rabitəsi universal servis növü və sosial yönümlü rabitə xidmətidir. Qurğular daha çox paytaxtın ictimai yerlərində quraşdırılıb. Onların sayının artırılması nəzərdə tutulmur.

Mənbə: Milli.Az

 

3 sentyabr 2014
GO BACK