Qadin.NET / Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?

Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?

 

Yeni anadan olan körpələrin orqanizmi daha çox təbii qidalar tələb edir. Lakin analar çox vaxt körpələrinə süd verməkdən imtina edirlər. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, körpələrin sağlamlığı üçün onların ana südü ilə böyüməsi vacib şərtlərdəndir. Pediatrlar təsdiq edir ki, ana südü uşaq üçün ideal qidadır. Lakin ana südü əvəzinə süni yeməklərlə qidalandırılan uşaqların sayı heç də az deyil. Bunun anadan asılı olmayan səbəbləri olduğu kimi, birbaşa ana ilə bağlı səbəbləri də var. Heç bir səbəb olmadan körpəsinə süd verməyən analar yetərincədir. Bəs analar ana südünün körpələri üçün nə dərəcədə xeyirli olduğunu bilirlərmi?!
Asif Məmmədov
, pediatr: “Uşağın mədəsinə kənardan daxil olan bakteriya və mikroblar ana südü tərəfindən məhv edilir. Onun tərkibində xüsusi antitellər və zülallar var ki, onlar uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qoruyurlar. Ana südü ilə böyüyən uşaqlar ən az 6 ay bütün xəstəliklərdən qorunurlar”.

Süni qidaların gələcəkdə uşaqlara vurduğu zərər ölçüyəgəlməz dərəcədədir. Həmin qidaların əksəriyyətinin tərkibi fermentləşdirilmiş inək südüdür. İnək südünün körpə orqanizminə vurduğu zərərə gəlincə isə...
Asif Məmmədov: “1 yaşa qədər uşaqlara inək südünün verilməsi tövsiyə olunmur. Gələcəkdə müxtəlif xəstəliklərin allergiya xəstəlikləri, dermatitlərin, pusolyazın, astmanın, diabetin əmələ gəlməsində aparılan tədqiqatlar göstərir ki, inək südünün rolu var”.
Əgər ana məcburiyyət qarşısında körpəsinə süni qida verirsə, bu zaman mütləq həkim məsləhəti olmalıdır. Özbaşına alınan qidalar körpə orqanizmində ciddi xəstəliklərə yol aça bilər. Normalda isə hər bir uşaq 2 yaşınadək ana südü ilə qidalanmalıdır. Bu proses ən az 6 ay davam edə bilər. Hər bir ana övladının qayğısına doğulan andan qalmalıdır. Unutmaq olmaz ki, ana südü uşaqla ana arasında ilkin sevgi bağıdır.

Mənbə: Milli.Az

 

3 sentyabr 2014
GO BACK