Qadin.NET / Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq

Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Akademik Həsən Əliyev küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Əliyar Əliyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Sürücülərə alternativ olaraq Fətəli xan Xoyski küçəsindən istifadə etmələri tövsiyə olunur.

Mənbə: ANS PRESS

2 sentyabr 2014
GO BACK