Qadin.NET / Putin liderləri hədələdi

Putin liderləri hədələdi

Rusiya Prezidenti Vladimir Putinin “Kiyevi iki həftəyə ala bilərəm” təhdidi ilə bağlı yayılan məlumatlara Kremldən aydınlıq gətirilib. ANS TV-nin məlumatına görə, Ukrayna hərbi qüvvələri ölkənin cənub-şərqində yerləşən Mariupol şəhərində nəzarəti tam ələ alıblar. Bir müddət əvvəl rusiyayönümlü silahlılar Ukraynanın ən iri liman şəhəri olan Mariupolu mühasirəyə alaraq, nəzarəti ələ keçirmişdilər. Son döyüşlərdəki ağır məğlubiyyətindən sonra Ukrayna ordusu mövqelərini bərpa edib. Hazırda şəhərin şərq hissəsində rusiyayönümlü qüvvələrin qarşısını almaq üçün tanklardan ibarət barrikadalar qurulub, şəhər ətrafında səngərlər qazılıb. Rusiya prezidenti Vladimir Putinin onu Ukraynaya hərbi müdaxilədə günahlandıran Avropa liderlərini sərt tonda təhdid etdiyi deyilir. Avropa Komissiyasının sədri Jose Manuel Barozu bildirib ki, Putin onunla telefon danışığ zamanı “problem ondadır ki, mən Kiyevi almaq istəsəm bunu cəmi iki həftəyə edə bilərəm” - deyə hədələyib. Rəsmi Kreml isə prezident Putinin “Kiyevi almağa hazır olduğuna” dair bəyanat verməsi haqqında məlumatları təkzib edib.Putinin müşaviri Yuri Uşakovun açıqlamasına görə, Putinin guya bu bəyanatı verməsi iddiası sadəcə Avropa Komissiyasının sədri Jose Manuel Barozunun təhrifidir. “Bu ifadə sadəcə Putinin sözlərinin təhrif olunaraq çatdırılmasıdır və bu Barozu kimi ciddi bir siyasətçiyə yaraşmayan hərəkətdir” - deyə Rusiya prezidentinin müşaviri bildirib. 

Mənbə: ANS PRESS

2 sentyabr 2014
GO BACK