Qadin.NET / WhatsApp-da möhtəşəm yenilik

WhatsApp-da möhtəşəm yenilik

Dünyanın ən məşhur mesajlaşma proqramı olan WhatsApp istifadəçiləri üçün yenilik hazırlayır. ANS PRESS-in milli.az-a istinadən verdiyi məlumata görə, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını bildirmişdi.FirstPost bildirir ki, yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da “Hang up”, “Incoming call” və “Outgoing call” funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

Mənbə: ANS PRESS

2 sentyabr 2014
GO BACK