Qadin.NET / Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı

Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı

 

Beyinin maqnit stimulyasiyası yaddaşın funksiyasını yaxşılaşdırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, amerikalı alimlər belə bir qənaətə gəliblər.

Alimlərin apardıqları araşdırmada yaşı 24-dən 40-a qədər olan 16 nəfər könüllü iştirak edib. Onlara 5 gün ərzində 20 dəqiqəlik transkranial maqnit stimulyasiyası keçməyi təklif ediblər. Tədqiqatın əvvəlində həmin şəxslərə 20 insanın sifət fotolarını göstəriblər. Fotolara baxarkən ucadan sözlər oxuyublar. Stimulyasiya keçdikdən sonra yenidən onlara həmin fotoları göstəriblər və həmin sözləri yada salmağı tapşırıblar. Stimulyasiya keçməyən könüllülərdən fərqli olaraq həmin proseduru keçənlərin nəticələri yüksək olub.
Neyrobioloqları, ilk növbədə, stimulyasiyanın yaddaşın əsas mərkəzlərindən olan hippokampa təsiri maraqlandırıb. Yaddaş testləri edərkən hippokam və beyin qabığı arasındakı impuls mübadiləsi sürətlənir. Bu mübadilə pozulduqda isə öz adı ilə xarici görkəmini xatırlaya bilmir.
"Science" jurnalının məlumatına görə, tədqiqat göstərib ki, transkranial maqnit stimulyasiyası beyinin müxtəlif hissələri arasındakı işi sinxronizasiya edir. Bu da, öz növbəsində, yaddaşın 20-25% yaxşılaşmasına səbəb olur.

Mənbə: Milli.Az

 

2 sentyabr 2014
GO BACK