Sabah Bakının bir hissəsi susuz qalacaq
"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar 2 sentyabr 2014-cü il tarixdə, saat 09:00-dan etibarən Nəsimi və Səbail rayonlarının bir hissəsinə - Bülbül və Azadlıq prospektlərində yerləşən binalara içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.
Mənbə: Milli.Az