Qadin.NET / Gün var əsrə bərabər: ötənləri yada salaq

Gün var əsrə bərabər: ötənləri yada salaq

 

1993 — Qubadlı rayonu Ermənistan ordusu tərəfindən işğal olundu

Milli.Az Anspress-ə istinadən bugünkü tarixdə baş vermiş mühüm hadisələrə nəzər salır.
Miladi: 31 avqust 2014
Hicri: 4 Zilqədə 1435
İlin 243-cü günü
İlin sonuna 122 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 05.53
Günəş - 07.06
Zöhr - 13.45
Əsr - 17.57
Məğrib – 20.29
İşa – 21.51
12 — Roma İmperatoru Kaliqula, dünyaya gəlib. (ö. 41).
1422 — İngiltərə kralı V Henrix öldü. (d. 1387).
1422 — VI Henrix İngiltərə kralı oldu. 
1863 - Tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir. 
1867 — fransız şair Şarl Bodler vəfat etdi. (d. 1821).
1876 — Osmanlı sultanı V Murad devrildi və onun qaradaşı II Əbdülhəmid yeni sultan elan edildi. 
1897 — Tomas Edison kinetoskop adlı ilk kinoproyektora patent aldı.
1902 — azərbaycanlı maarif xadimi Səfərəli bəy Vəlibəyov vəfat edib (d. 1856).
1907 — Antantanın yaradılmasını tamamlayan İngiltərə-Çar Rusiyası sazişi imzaladı.
1945 — irlandiyalı müğənni Van Morrison anadan oldu. 
1957 — Malayziya özünün Böyük Britaniyadan müstəqilliyini elan etdi.
1962 — Trinidad və Tobaqo müstəqilliyini elan etdi.
1968 — azərbaycanlı yazıçı və sosialist siyasi xadimi Səməd Behrəngi vəfat edib. (d. 1939).
1991 - Azərbaycanda 1990-cı ilin 20 yanvarından qüvvədə olan fövqəladə vəziyyət rejimi, nəhayət, ləğv olunub. Hakimiyyət bununla qarşıdakı prezident seçkilərinə (8 sentyabr 1991) demokratik görüntü verməyə çalışırdı. 
1993 — Qubadlı rayonu Ermənistan ordusu tərəfindən işğal olundu.
1997 — Şahzadə Diana Parisdə avtomobil qəzasında həlak oldu.
2001 - Prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində "böyük neft"in hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib. Plana əsasən, 2005-ci ilədək "Əsrin müqaviləsi" üzrə neft istehsalının gündəlik 100 min barreldən 375 min barrelə çatdırılması nəzərdə tutulurdu. Plana vaxtından öncə - 2004-cü ilin avqustunda əməl edildi.
2005 — Bağdadda Dəclə çayı üzərindəki körpüdə yaranmış basırıq nəticəsində 1 199 insan həlak oldu.

Mınbı: Milli.Az 

 

31 avqust 2014
GO BACK