Ən təhlükəli saç düzümü "at quyruğu" adı verilən yığılma formasıdır. Ən faydalı saç düzümü isə açıq vəziyyətdə qalan saçlardır.
"At quyruğu" saç düzümünü hazırlamaq üçün saçın qısa və ya uzun olması əhəmiyyət kəsb etmir. Bunun üçün xüsusi avadanlıq və yardıma da ehtiyac yoxdur. Bu cür saç düzümündən həm qadınlar, həm kişilər, həm qocalar, həm də cavanlar istifadə edirlər.
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, amerikalı dermatoloqlar isə hesab edirlər ki, saçların yığılması üçün sancaqlar (istər plastik, istərsə də metal) düzgün qan dövranına mane olur. Bu zaman saçların böyüməsində, qidalanmasında problemlər yaranır ki, nəticədə onların tökülməsinə səbəb olur. Bu xüsusilə də çox dartılmış saçlara aiddir.
Mənbə: Milli.Az