Qadin.NET / İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər

İstirahət günü çimərliyə getmək istəyənlərə pis xəbər

 

İstirahət günü Azərbaycanda hava küləkli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend ə bildiriblər ki, avqustun 31-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 26-31 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında avqustun 31-də əsasən gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

30 avqust 2014
GO BACK