Qadin.NET / İtlərə hürmək qadağan ediləcək

İtlərə hürmək qadağan ediləcək

 

Sinqapurda itlərin hürməməsi üçün ağlasığmaz üsula əl atılıb. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Sinqapurun Dövlət Mənzil Komitəsi it sahiblərinə təklif edib ki, heyvanları xüsusi cərrahi əməliyyatla hürmək imkanından məhrum etsinlər. Bu, insanların dincliyinə imkan yaratmaq üçün edilir. 
Məmurların təklif etdiyi "hürmək əleyhinə" (debarking) əməliyyat heyanların səs tellərinin çıxarılmasını nəzərdə tutur. Bu əməliyyat son tədbir kimi nəzərdə tutulur. Əgər sahib öz heyvanını başqa üsullarla susdura bilmirsə, həmin əməliyyatı həyata keçirməlidir. 
Belə bir təşəbbüs heyvan hüquqları müdafiəçilərinin qəzəbinə səbəb olub. Onlar deyiblər ki, bu addım heyvanlara qarşı zalım və ədalətsiz bir davranışdır. 
"Əgər it stresli və həyəcanlı vəziyyətdədirsə, hürür. Əgər bu səsdən məhrum olunsa, bu o demək deyil ki, əhvalı yaxşılaşacaq", - "Action for Singapore Dogs" təşkilatının bəyanatında deyilir. 

Mənbə: Milli.Az

 

30 avqust 2014
GO BACK