Ermənilərin oğurluğu
Moskvada "Regional yarmarkalar" adlı festival keçirilir.ANS PRESS-in məlumatına görə, festivalda bir çox ölkə öz milli mətbəxi və öz istehsalı ilə təmsil olunur. 30 sentyabr tarixinə qədər davam edəcək festivalda ermənilər də iştirak edir. "Ermənistandan sevgi ilə" adı altında yarmarka təşkil edən ermənilər Azərbaycan mətbəxinin milli yeməklərini özünküləşdirərək insanlara sırıyırlar. Ermənilər festivala gələnlərə kabab və dolmanı öz milli yeməkləri kimi sərgiləyiblər. Hətta dolmanın adını təhrif edən ermənilər milli yeməyimizi tolma adı ilə təqdim ediblər. Bununla yanaşı ermənilər xaşlamanı da yarmarkada öz milli yeməkləri kimi göstəriblər. Musiqi fonunda öz "milli mədəniyyətləri"ni sərgiləyən bədnam qonşumuz insanları yarmarkaya cəlb etmək üçün oğurladıqları Azərbaycan musiqilərindən də istifadə ediblər.
Mənbə: ANS PRESS
30 avqust 2014
GO BACK