Qadin.NET / Ən çox kim “selfie” çəkdirir?

Ən çox kim “selfie” çəkdirir?

 

Ən çox kim “selfie” çəkdirir?

Məşhur bir avtomobil markasının apardığı araşdırmada, Avropadakı gənclər arasında avtomobil istifadə edərkən cib telefonundan fotoşəkil çəkənlərin nisbəti 50% olduğu təyin edilib. 
ANS PRESS-in məlumatına görə, Avropada yaşları 18-24 arası olan 7 minə qədər gəncin qatıldığı araşdırma nəticəsində, qadınlara nəzərən kişilərin sükan arxasında “selfie” çəkməyə daha meyilli olduqları vurğulanıb.
Araşdırmada Avropada sükan arxasında ən çox “selfie” çəkdirənlər belə sıralanıb: "İngilislər (33%) , Almanlar (28%) , Fransızlar (28%), Rumınyalılar (27%) , İtalyanlar (26%) , İspanlar (18%) və Belçikalılar (17%)."
Mütəxəssislər sükan arxasında “selfie” çəkdirməyin 14 saniyə, sosial şəbəkə saytlarına girməyin isə 20 saniyə diqqət itkisinə gətirib çıxardığını bildirir. Onlar həmçinin qeyd ediblər ki, cib telefonundan sükan arxasında istifadə etmək təhlükəli bir vərdişə çevrilə bilər. 

Mənbə: Milli.Az

 

30 avqust 2014
GO BACK