Qadin.NET / Günün ulduz falı

Günün ulduz falı

 

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 
Qoç - peşəkar fəaliyyət sahəsində problemlər yarana bilər. Çətinliklər ciddidir. Təslim olmayın, geri çəkilməyin. Əhvalınız pisləşə bilər. Bədbinləşməyin, işlərə marağınız itməsin. Başladığınız işi yarımçıq qoymaq çox pis olardı. Əzmli və inadkar olun, şəraitə boyun əyməyin.
Günün ikinci yarısında dostların və tanışların sizləri dəstəkləməsi müsbət haldır. Bu dəstək sözdə deyil. Müraciət edən kimi real yardım alacaqsınız. Zərərli vərdişlərdən əl çəkməyə başlayın.
Axşam saatları normal istirahət üçün münasibdir. 
Buğa - günün ilk yarısında aktiv çalışın. Süstlük və tənbəllik etməyin. Səy göstərməli, çox işləməlisiniz. Dayanmayın. Mürəkkəb işi başa çatdırmaq zamanıdır. Həmin prosesi bitəndən sonra bir qədər dincəlmək, mükafat və ya ödəniş almaq olar.
Günün ikinci yarısı pis keçməyəcək. Uğurlu təsadüflər, xoş tanışlıqlar və maraqlı görüşlər istisna deyil. Dəvət aldığınız tədbirə axşam saatlarında yollanın. Niyyətlərinizdən birini gerçəkləşdirməkdə sizə kömək edəcək insanla qarşılaşacaqsınız. 
Əkizlər - günün ilk yarısında çətin və müşkül işlər az olmayacaq. Saatlar keçdikcə mənfi təmayüllərin təsiri zəifləyəcək. Ruhdan düşməyin, daha aktiv olun. Yeni işlərə başlamaq olar. Amma çox ehtiyatlı olun, tələsməyin. Nüfuzlu şəxslər, həmkarlardan və ya dostlardan birindən yardım istəmək olar.
Günün ikinci yarısında maliyyə problemlərini həll eləməyə çalışmayın. Alış-verişdə bədxərclik etməyin. Uzaq yola çıxmaq məsləhət deyil. İşlərinizi yaxşı planlaşdırın. 
Xərçəng - məntiqli, soyuqqanlı, ehtiyatlı olun. Təxribatlara uymayın, fırıldaqları gerçək kimi qəbul etməyin. Rəqib və ya düşmənlərdən biri ilə açıq qarşıdurmaya başlamaq zamanı deyil. Belə toqquşmadan yayının, kölgəyə çəkilin. İnanın - heç nə itirməyəcəksiniz.
Günün ikinci yarısında sevdiyiniz insana maksimum diqqət ayırın. Belə davranışınız münasibətlərinizə çox yaxşı təsir edəcək. Axşam saatlarında romantik görüşə yollana bilərsiniz.
Təşəbbüskar olun. 
Şir - mühüm işləri günün ilk yarısında həll etməyə çalışın. Məqsədə aparan yolda qarşınızı kəsən problemləri həll edə bilərsiniz. İşgüzar danışıqlar pis keçməyəcək. Arzuladığınız nəticələri əldə edəcəksiniz.
Sənədlərlə işləyəndə ehtiyatlı olun, səhvlərə yol verməyin. Maliyyə məsələlərinin çözümündə sərvaxt davranın.
Günün ikinci yarısı daha mürəkkəb olacaq. Mürəkkəb texnika, kəskin alətlər və bahalı avadanlıqla çalışanda sayıq olun.
Ailə üzvləri ilə münasibətlərdə anlaşılmazlıqlar yarana bilər.
Problemlər az sonra həllini tapacaq, amma əhvalınız pisləşəcək.
Qız - yaxşı gündür. İşgüzar intuisiyanız kəskin olsun. Sərfəli anlaşma və sövdələşmələr istisna deyil. Əməkdaşlıq perspektivdir. Alış-veriş uğurlu alınacaq.
Günün ikinci yarısında yenilikləri əxz etmək, faydalı biliklər əxz etmək olar.
Ünsiyyətdə xoş olmayan insandan belə, gərəkli bilgi və informasiya almaqdan çəkinməyin. Kiçik problemlər istisna deyil və onların səbəbkarı sizsiniz. Yaşananlara həddən ziyadə kəskin reaksiya verməyin. Yaxınlarınız sizə bir qədər dincəlməyi, əsəbləşməməyi məsləhət görürlər. Onların dediklərini qulaqardına vurmayın. 
Tərəzi - çətin, qarışıq, mürəkkəb gündür. Məqsədə çatmaq üçün səy göstərmək gərəkdir. Tədbirli davranın. Şübhəli, etibar etmədiyiniz insanın yardımlarından boyun qaçırın. Çətin olsa da, bütün problemləri təkbaşına, müstəqil şəkildə həll edə bilərsiniz.
Günün ikinci yarısında qənaətcil olun. Planlaşdırılmamış xərclərə yol verməyin. Yaxınlarınızın dediklərinə qulaq asın. Məsləhətlər bəzən sərt səslənsə də, onları qulaqardına vurmayın. Bu gün maraqlarınızı ümumi mənafeyə qurban vermək zərurəti yarana bilər. Qərarınıza təəssüflənməyəcəksiniz. 
Əqrəb - ehtiyatlı və sərvaxt olun, mənasız risk etməyin. Zərurət olmadan tələsik davranmayın. Minimum səylərlə ciddi uğura nail olacağınızı düşünməyin. Unutmayın ki, tələsən təndirə düşür. Tamahın qurbanı olmayın.
Gəlirləri artırmaq, uğura nail olmaq istəyirsinizsə, daha çox çalışın.
Ödəniş və mükafat az olmayacaq.
Günün ikinci yarısında emosional fon əlverişlidir. Yaxşı əhval-ruhiyyədə olun, yanınızdakı insanların bədbinləşməsinə imkan verməyin. Axşam saatlarında dostlarla ünsiyyət, yaddaqalan macəra və ya əyləncə ola bilər. 
Oxatan - günün ilk yarısı mürəkkəb və önəmli işin görülməsi üçün əlverişlidir. Taleyin hökmü ilə razılaşın. Eyi zamanda, fatumla kor-koranə razılaşmayın. Çətinliklərlə mübarizə aparın. Nüfuzlu insanla qarşıdurma istisna deyil. Bütün müşküllərə rəğmən irəliləyişə nail ola bilərsiniz.
Günün ikinci yarısında alış-veriş etmək olar. Bədxərcliyə yol verməyin. Müsbət təmayüllərin təsiri artacaq. Məqsədə doğru aparan yolda çətinliklər və sədlər yaranmayacaq. Yaxınlarınızın problemi ilə həll olmaq olar. Çətin vəziyyətə düşmüş insana yardım edin. 
Oğlaq - günün ilk yarısında maksimum dərəcədə ehtiyatlı olun. Mənfi təmayüllərin təsiri güclüdür. Səslənən təklifə şirniklənməyin, tamah qurbanı olmayın. İşgüzar səfərlərə yollanmaq məsləhət deyil.
Günün ikinci yarısında evdən uzaqda işgüzar danışıqlar aparmaq olar.
Müsbət təmayüllərin təsiri güclənəcək. Çətinliklərin sayı azalmasa da, inad və qətiyyət sayəsində məqsədə çata bilərsiniz. Diqqətli və zəhmətkeş olun. Vaxtınızı hədər yerə sərf etməyin. Belədə yaxın ətrafınızdakı insanlarla müqayisədə daha çox işlər görə bilərsiniz. 
Dolça - tələskənliyə yol verməyin. Günün ilk yarısı önəmli işlər və ciddi qərarlar üçün münasib zamandır. Daha maraqlı işlər saatlar keçəndən sonra başlanacaq.
Uzun zamandan bəri aradığınız məlumatı alacaqsınız.
Sizə yardım etmək niyyətində olan insanla günün ikinci yarısında qarşılaşacaqsınız. Peşəkar fəaliyyət müstəvisində son vaxtlar yaranmış problemi həll etməyin yollarını arayarkən süst olmayın.
Axşam saatlarında pozitiv emosiyalar bol olacaq. Maraqlı məşğuliyyət tapın, qeyri-adi insanla görüşün. Yaradıcılıq potensialının səviyyəsi az deyil. İdeyalarınızın yaxşı, eksperimentlərin uğurlu olmasına çalışın.
Balıqlar - başladığınız işləri yarımçıq qoymayın. Bir qədər əvvəl startı verilən layihəni unutmayın. Həmkarlar, dostlar və tanışlar sizə yardım edəcəklər. Dəstək və kömək üçün müraciətə ehtiyac yoxdur. Alış-veriş etmək olar. Məişət və ofis texnikası almaq üçün əlverişli zamandır.Günün ikinci yarısında fəaliyyət üçün gərəkli avadanlığı əldə etməyi unutmayın.
İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Peşəkar fəaliyyət müstəvisində mübahisələr və ixtilaflar istisna deyil. İmkan varsa, mühüm məsələlərlə bağlı qərarı ertələyin. Bu barədə bir neçə gün sonra düşünmək olar
Ailədə problemlər olmayacaq. Çətinliklər yaranarsa, ailə üzvləri ilə birlikdə çalışın.
Mənbə: Milli.Az

 

30 avqust 2014
GO BACK