Qadin.NET / Helikopter havaya qalxdı

Helikopter havaya qalxdı

 

Helikopter havaya qalxdı

Cəlilabad rayonunda meşə massivində güclü yanğın başlayıb.ANS PRESS-in məlumatına görə, bu haqda yerli sakinlər xəbər yayıb.Yanğın rayonun Sadatlı kəndindəki ərazini əhatə edir. Yanğınla mübarizə aparmaq məqsədi ilə əraziyə Cəlilabad yanğından mühafizə hissəsinin canlı qüvvələri və texnikaları cəlb olunsa da yanğın keçilməz meşə massivində olduğu üçün texnikalar əraziyə girə bilmir.Yanğına qarşı mübarizəyə FHN-in helikopteri də cəlb olunub.Hələ ki, meşə massivində nə qədər əraziyə ziyan dəyməsi barəsində məlumat verilmir.

 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK