Qadin.NET / 6,35 kq ağırlığında oğlan doğuldu

6,35 kq ağırlığında oğlan doğuldu

 

Çində balaca nəhəng dünyaya gəlib. Şansi vilayətinin Yeçen şəhərindəki doğum evlərindən birində çəkisi 6,35 kq olan oğlan doğulub.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Chongji" doğum evinə aparılmış Tyan Nenşa adlı 26 yaşlı qadının oğlunun adı Ginnesin Rekordlar Kitabına düşəcək. Çünki o, doğuş zamanı müdaxilə olmadan dünyaya gəlmiş ən böyük, ən ağır uşaqdır.
Bu balaca oğlanın çəkisi və boyu 3 aylıq uşağa bərabərdir.
Doğum evinin həkimləri South China Daily Post-a bildiriblər ki, uşağı görəndə şoka düşüblər.
Mənbə: Milli.Az
6,35 kq ağırlığında oğlan doğuldu

 

29 avqust 2014
GO BACK