Qadin.NET / Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı

Paytaxtın ən böyük prospektində sürət həddi qaldırıldı

 

Heydər Əliyev prospektində sürət həddi 100 km/saat-a qədər artırılıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə Facebook istifadəçiləri öz profillərində yazıblar. Facebook istifadəçilərinin paylaşdıqları fotodan da görünür ki, burada sürət həddi 100 km/saatdır. 
Məsələ ilə əlaqədar saytın əməkdaşı "Azəryolservis" in mətbuat katibiPünhan Mürsəliyevlə əlaqə saxlamağa çalışıb. Ancaq bütün cəhdlər uğursuz olub. 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisiVaqif Əsədovla əlaqə saxlamaq cəhdləri də uğursuz olub. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə zəngə cavab verən tapılsa da, suallar yenə də cavabsız qalıb. Qurumdan bildiriblər ki, sürət həddinin qaldırılmasından xəbərsizdirlər. 

Mənbə: Milli.Az

 

29 avqust 2014
GO BACK