Qadin.NET / Prezidentin kostyumu qalmaqal yaratdı

Prezidentin kostyumu qalmaqal yaratdı

 

Prezidentin kostyumu qalmaqal yaratdı

Sosial şəbəkələrdə ABŞ prezidentinin Ukrayna problemi və “İŞİD”lə mübarizə haqqında tamaşaçılara etdiyi telemüraciət zamanı geydiyi açıq-boz rəngdə kostyum əsl müzakirə mövzusuna çevrilib. ANS PRESS-in məlumatına görə, Barak Obamanın Ukraynadakı vəziyyət və “İŞİD” təşkilatı ilə mübarizəni əks etdirən telemüraciəti, geydiyi kostyumunun rənginə görə çox insanın yaddaşından silinməyəcək.Telemüraciətdə Obama Ukrayna problemi barədə bildirib ki, ABŞ Ukrayna böhranının hərbi həllini planlaşdırmır və RF-yə qarşı hərbi müqavimət axtarmır. “İŞİD” barədə isə ABŞ-nin hələ bir hərbi strategiyasının olmadığını və bu hələ ki, müxakirə olunduğunu deyib.“Mən əlbətdə ki, üzr istəyirəm, amma belə kostyumda müharibə elan etmək olmaz”- deyə tvitterdə “Wall Street Journal” nəşrinin jurnalisti Demyen Paletta yazır.Sosial şəbəkələrdə Obamanın biabır olmasının müzakirəsinə hətta “suitqeyt” (kostyum qalmaqalı) heştegi belə yaranıb. 

 

Hətta entuziastlardan biri @Obamasuit akkauntu yaradaraq fəaliyyət göstərmək istəyərkən tvitter rəhbərliyi bunu qanuna zidd hesab edərək akkauntu dondurur. 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK