Qadin.NET / Gül Ərdoğana xəbərdarlıq etdi

Gül Ərdoğana xəbərdarlıq etdi

 

Gül Ərdoğana xəbərdarlıq etdi

Ötən gün süvari birliklərinin müşayiəti ilə prezidentin rəsmi iqamətgahı olan “Çankaya” köşkünə gedən Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanı 11-ci prezident Abdullah Gül və xanımı qarşıladı. ANS PRESS-in xəbərinə görə, “İstiqlal marşı” adlı Türkiyə dövlət himninin oxunmasından sonra sələf və xələf birlikdə köşkə doğru irəlilədilər. Bu vaxt sabiq prezident sürətli getməməsi üçün yeni prezidentə xəbərdarlıq edərək onun qolundan tutub çəkir. Ərdoğan isə Gülün bu hərəkətinə güıümsəyərək cavab verir. Operatorlar isə bu tarixi hadisəni kameranın yaddaşına köçürərək bu anı ölümsüzləşdiriblər. 

 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK