Qadin.NET / Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu

Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu

 

Avropanın ən yaxşı oyunçusu Ronaldo oldu

UEFA-nın versiyasına görə 2013/2014-cü illər mövsümünün ən yaxşı oyunçusu adını 29 yaşlı portuqaliyalı Kriştiano Ronaldo layiq görülüb. ANS PRESS-in məlumatına görə, UEFA ənənəvi sorğusunun nəticələrini bü gün Monakoda açıqlayıb.Qitənin ən yaxşısı adına Aryen Robben (Hollandiya, “Bavariya”), Kriştiano Ronaldo (Portuqaliya, “Real”) və Manuel Noyer (Almaniya, “Bavariya”) iddia edirdi.Qeyd edək ki, ilk dəfə 2010/11 mövsümündə təqdim olunan mükafata Lionel Messi, sonra isə Andres İnyesta (2011/12) və Frank Riberi (2012/13) qalib olmuşdu."Biz çox gözəl mövsüm keçirdik, Çempionlar Liqasını, İspaniya Kubokunu və UEFA-nın Superkubokunu qazandıq", - deyə daha əvvəl Ronaldo bildirmişdi. 

 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK