Milli.Az AzerTAca istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Cənub-şərq küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 25-28° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Bakıda gecə 26-28° isti, gündüz 37-39° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 70-80 faiz , gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 27-28° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 28-29° isti, Türkan, Hövsan, Şıx, Sahildə 29-30° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın, əsasən, yağmursuz olacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz olacaq. Arabir güclənən şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 18-22° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfortu, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusən əlverişsizdir. Günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.
Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturunun tədricən enməsi müsbət amildir.