Qadin.NET / Erməni yalanları ifşa edilir

Erməni yalanları ifşa edilir

 

Erməni yalanları ifşa edilir

Diaspor təşkilatları erməni yalanlarının ifşa edilməsi məqsədilə birgə fəaliyyət protokolu imzalayıblar.ANS PRESS-in məlumatın agörə, 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xüsusilə ermənilərin qondarma “soyqırımı“ iddiasının ifşa edilməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında faktları yaymaq məqsədilə Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) ilə Vyana Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi arasında birgə fəaliyyət protokolu imzalanıb.Vyana Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyindən bildiriblər ki, “Hərəkətdə Güc Birliyi Protokolu”nun imzalanmasının əsas məqsədi erməni lobbisinin yalanlarını ifşa etmək və Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktını dünya ictimaiyyətinə çatdırmaqdır.Dərnəkdən, həmçinin bildirilib ki, qarşıda duran əsas məqsədlərdən biri isə həmin protokola mümkün qədər çox təşkilatın qoşulmasına nail olmaq və bu istiqamətdə koordinasiyalı fəaliyyəti təmin etməkdir.Birgə fəaliyyət və erməni yalanlarını ifşa məqsədilə görülən işlər Avstriyada nəşr edilən “Bizim səsimiz” qəzetində və digər mətbu orqanlarında dərc olunacaq.

 

Mənbə: ANS PRESS

29 avqust 2014
GO BACK