Qadin.NET / Virus Ağdaşı "silkələdi"

Virus Ağdaşı "silkələdi"

 

İribuynuzlu heyvanlar arasında yayılan Nodulyar dermatit virus xəstəliyi ilə əlaqədar yaxın on gün ərzində Ağdaş rayonunun bütün kəndlərində dezinfeksiya işləri aparılacaq. 
Milli.Az El TV-yə istinadən xəbər verir ki, bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Baytarlıq Xidmətinin əməkdaşları da rayona ezam olunublar. Heyvanların dezinfeksiya edilməsi üçün rayona kifayət qədər müalicə dərmanları gətirilib. 
Ətraf rayonlardan da 4 ədəd dezinfeksiya maşını cəlb edilib. 
Qeyd edək ki, Cəlilabad, Biləsuvar, İmişli və Bərdə rayonlarında olduğu kimi, Ağdaşdakı heyvan bazarı da fəaliyyətini dayandırıb. Rayonda ət kəsimi xüsusi olaraq nəzarətə götürülüb. Qeyd edək ki, builki yay mövsümündə Ağdaşda 44 baş iribuynuzlu heyvan müxtəlif xəstəliklər səbəbindən tələf olub. 

Mənbə: Milli.Az

 

28 avqust 2014
GO BACK