Qadin.NET / Spirtli içkilər alarkən nəyi bilmək lazımdır?

Spirtli içkilər alarkən nəyi bilmək lazımdır?

 

Keyfiyyətsiz alkoqollu içkilər insan sağlamlığı üçün ciddi təhkükə mənbəyidi

Əhalinin sağlamlığının müdafiəsini və daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasını təmin etmək məqsədilə İqtisadi və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir. 
Milli.Az xəbər verir ki, nazirlik anspress vasitəsilə istehlakçılara alkoqollu içkilərdən istifadə edərkən ehtiyatlı olmağı məsləhət bilir.
Alkoqollu içkilər markalanmalı və etiketində məhsulun adı, mənşəyi haqqında (istehsalçısı və istehsal olunduğu ölkə) məlumat, istehsalında istinad olunan standartın nömrəsi və sertifikatlaşdırılma barədə qeyd olmalıdır. Spirtin faizlə miqdarı, doldurulma tarixi, tərkibində aromatik maddələr varsa, onun miqradı, həcmi və s. məlumatlar yazılmalıdı.
Alkoqollu içkilərin satışı zamanı mütləq nəzarət-kassa aparatlarından istifadə olunmalıdır. Alkoqollu içkilər doldurulmuş butulkaların ağzı qapaqla möhkəm bağlanmalıdı. Aliminium folqadan hazırlanmış qapaqların içərisinə sellofanla örtülmüş kartondan astar qoyulmalıdı. Cod sudan istifadə edilməsi bu içkilərin bulanıqlaşmasına səbəb olur.
Bu məhsullar məktəblərdə, uşaq müəssisələrində, mədəni-məişət obyektlərində, müalicə-profilaktik mərkəzlərdə və bu müəssisələrə çox yaxın yerlərdə satılmamalıdı. Eləcə də 18 yaşına çatmamış şəxslərə bu məhsulların satışı qadağandır. Pivə istisna olmaqla, tündlüyü 18 faizdən çox olmayan içkilərin plastik, tetrapak tipli və dəmir qablarda satışına yol verilmir.
Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirməlidi. Onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir.
Eyni zamanda, şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidi. Alkoqollu içkilər quru, havası yaС…şı dəyişdirilə bilən anbarlarda 10-20ºC temperaturda, vertikal vəziyyətdə saС…lanmalıdı. Rəngli likör-araq məmulatlarının tərkibindəki boya maddələrinin parçalanmaması üçün işığın düz təsirindən qorumaq lazımdı.
Bir çoxları üçün alkoqollu içkilərin keyfiyyətinin necə yoxlanılması maraqlıdır. Ticarət şəbəkəsində bu məhsulların keyfiyyətini yoxlamaq üçün alıcı, birinci növbədə, onu möhkəm çalxalamalıdı. Bu zaman əgər butulkanın içində iri qabarcıqlar əmələ gələrsə, bu malın keyfiyyətinin itirməsinə dəlalət edir. Əksinə xırda qabarcıqlar görünürsə, onda içki keyfiyyətlidir.
Eyni zamanda, alkoqollu içkilər alarkən qabın üzərində yapışqan izlərinin olmamasına, hazırlanma və saxlanma müddətlərinin dəyişdirilməməsinə, qapağının çıxıntısız olmasına və s. diqqət etmək lazımdır. Nəzərə almaq lazımdır ki, keyfiyyətsiz alkoqollu içkilər insan sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.

Mənbə: Milli.Az

 

28 avqust 2014
GO BACK