Rusiyada kişilərin qara ciyər və ürək damar sistemi xəstəliyindən ölümünün əsas səbəbi həddən artıq alkoqollu içkilərin qəbuludur.
"Son 30 ildə Rusiyada yaşam həddinin dəyişməsində alkoqollu içkilər mühüm rol oynayıb. Ölümün artmasında və ya azalmasında əsas faktor araq olub".
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Oksford universitetinin professoru Riçard Petro bəyan edib.
Petro və onun həmkarları bu ölkədə sosial sorğular keçirdikdən sonra belə bir qənaətə gəliblər. Sorğular, əsasən, Barnaul, Biys və Tomsk şəhərlərində keçirilib. Onlar 49 min ölən kişi haqqında maraqlanıblar. Məlum olub ki, onlar tez-tez araq içirdilər.
Tədqiqatlar təsdiq edib ki, araq və siqaretin eyni vaxtda qəbulu bu ölkədə daha da ölümcül fəsadlara yol açıb.