Qadin.NET / Qarabağın ABŞ məyusluğu

Qarabağın ABŞ məyusluğu

Qarabağın ABŞ məyusluğu
Amerikanın Kaliforniya ştatının senatı tərəfindən Dağlıq Qarabağın müstəqilliyinin tanınması Azərbaycanın bu işğal olunmuş muxtar vilayətinin sakinlərində elə də sevinc hissi yaratmayıb. ANS PRESS-in məlumatına görə, bu barədə əslən Dağlıq Qarabağdan olan erməni şərhçi Naira Ayrumyan bu gün yazdığı məqaləsində bildirib. “Kaliforniya sadəcə ştatdır”, - deyə Dağlıq Qarabağ sakinləri bildiriblər. Yəni məsələ ilə bağlı Dağlıq Qarabağda heç bir tədbir, şənlik, mitinq və s. keçirilməyib. Düzdür, öz Amerika pərəstliyi ilə seçilən Naira Ayrumyan daha sonra uzun-uzadı cümlələrlə Kaliforniyanın elə ABŞ demək olduğunu sübut etməyə çalışır. Madrid prinsiplərini artıq köhnəlmiş elan edir və s. Lakin buna baxmayaraq, erməni şərhçi axırda etiraf edir ki, Məsələ Moskvadan asılıdır və Moskva Dağlıq Qarabağı bölmək niyyətindədir: “Mətbuatda Moskvanı qarşılıqlı sövdələşməyə çağırırlar. Yəni Azərbaycan öz ərazisini Rusiya və Ermənistan arasındakı nəqliyyat əlaqəsi üçün açır, bunun əvəzinə Qarabağın bir hissəsi Azərbaycanın nəzarətinə keçir. Moskva bu planı çox ciddi nəzərdən keçirir. Çünki Ermənistanla Rusiyanı birləşdirən Gürcüstan yolu tez-tez bağlanır”, - deyə Naira Ayrumyan vurğulayır. 

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK