Son illər ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarından biri də vahid məktəbli formasına keçid və şagirdlərə dövlət tərəfindən pulsuz dərsliklərin verilməsidir. Artıq bir neçə ildir ki, şagirdlər onlara lazım olan dərslikləri oxuduqları məktəbdən pulsuz əldə edirlər.
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncə şəhər Təhsil İdarəsindən bildirilib ki, əvvəlki illərdə olduğu kimi bu il də şagirdlər heç bir rüsum ödəmədən dərsliklərlə təmin olunacaqlar. Yeni dərs ilinə az bir müddət qaldığından artıq bu işlər tam yekunlaşdırılıb və sentyabr ayının 15-dən etibarən şagirdlər oxuduqları məktəbdən öz dərsliklərini əldə edə biləcəklər.
Zakir Hüseynov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri: “Bütün məktəblərə 1-ci sinifdən 11-ci sinifə qədər dərsliklər alınıb, yalnız 7-ci sinifi çıxmaq şərtilə. Çünki bu il ilk dəfə olaraq 7-ci siniflər kurikulumla tədris prosesinə başlayırlar. Ona görə də onların dərslikləri yeni fənn kurikulumuna uyğun hazırlanıb. Və yaxın günlərdə də həmin dərsliklər alınıb məktəblər arasında paylanılacaq”.
Yeni dərs ili üçün Gəncəyə gətirilən dərsliklərin avqustun 29-dan şəhərdə fəaliyyət göstərən məktəblərə paylanılmasına başlanılacaq.

Mənbə: Milli.Az