Qadin.NET / Ləng reaksiya - tez ölüm

Ləng reaksiya - tez ölüm

 

Ortayaşlı adamların ləng reaksiyası ölüm riskinin yüksək olmasından xəbər verir. 
Və bu ölüm özünü çox gözlətməyəcək, ən çoxu 15 il sonra da gələ bilər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu London Universitet Kolleci və Edinburq Universitetinin alimləri iddia edirlər. 
Onların fikrincə, reaksiyanın orta göstəriciləri ilə müqayisədə lənglik ölüm riskini 25% artırır. 
Tədqiqatın rəhbəri Qaret Hatqer-Conson deyir: 
"Reaksiyanın sürəti mərkəzi sinir sisteminin əsas elementinin durumunu göstərir. İnformasiyanın emal edilməsi isə koqnitiv bacarığın əsası hesab edilir. Böyük adamların reaksiyasını təyin etmək üçün zaman testi onların ölüm ehtimalını təyin etməyə imkan verir. Üstəlik, bunun yaşa, cinsə, etnik mənsubiyyətə və sosial-iqtisadi bazaya heç bir dəxli yoxdur".  
Sübut olunub ki, yeni informasiyaya ləng reaksiya göstərən adamlar gələcəkdə başqa problemlərlə də toqquşa bilərlər. Və məhz bu problemlər də ölüm riskini artıra bilər. 

Mənbə:Milli.Az

 

28 avqust 2014
GO BACK