İmmun sistemi infeksiya ilə mübarizə aparan insanların tərinin iyi sağlam insanlarn tər iyindən fərqlənir.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bunu araşdırmaq üçün Karolina Universitetinin alimləri 8 nəfər üzərində təcrübə keçiblər.
Onlara lipopolisaxarid vurublar. O, bakterial toksindir və güclü immun reaksiyası yaradır. Nəzarət qrupuna isə duzlu su içiriblər.
4 saat sonra alimlər könüllülərin tərli köynəklərini ayrı-ayrı qablara qoyublar. Sonra isə 40 tələbədən onları iyləyib qoxunun nə dərəcədə güclü və nə qədər dözülməz olduğunu bildirmələrini istəyiblər.
Məlum olub ki, bədəninə toksin yeridilən insanların təri nəzarət qrupundakılara nisbətdə daha güclü və dözülməz olub. Həmçinin tələbələr həmin tər qoxularının "sağlam olmadığını" bildiriblər.
İmmun sistemi toksinə qarşı nə dərəcədə mübarizə aparıbsa, nəticə tərdə özünü tapıb: güclü mübarizə tər qoxusunu daha güclü və iyrənc edib.
Bu o deməkdir ki, xəstə olarkən insan bədəni başqalarının duya biləcəyi xüsusi kimyəvi birləşmə yaradır. Ola bilsin ki, bu, sağlam insanları xəstələrdən aralı durmağa vadar edən təbii mexanizmdir.