Azərbaycanın paytaxtı dünyanın ən küylü şəhərlərindən biridir. Burada sürücülər bəzən heç bir səbəb olmadan siqnal verirlər. Dünyanın bir çox ölkələrində, o cümlədən MDB məkanında siqnalı qadağan edən qanunlar var. Çünki belə hərəkətlər ictimai asayişə ziyandır. Ancaq görünür, bizim avtomobilçilər üçün belə qaydalar əhəmiyyətsizdir. Şəhərdəki sakit həyatın pozulmasına şərait yaradan tək sürücülər deyil.
Şəhərin hər tərəfində yayılmış tikinti işləri də heç kimə rahatlıq vermir. Hər tərəfdə aparılan inşaat işləri şəhərin görkəminə də mənfi təsir göstərir.
Şəhərdəki əyləncə kompleksləri də səs-küy çirklənməsinin əsas mənbəyidir.
"Səs-küylə mübarizə bizim ölkəmizə bir sıra strukturların yardımı ilə həyata keçirilir".
Milli.Az xəbər verir ki, bu sözləri "Exo" qəzetinə Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin sanitar-gigiena şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, mərkəz yol verilən küyün artırılması hallarını aşkar etdikdə müəyyən tədbirlər görür.