Qadin.NET / Mikayıl Cabbarovdan yeni əmr

Mikayıl Cabbarovdan yeni əmr

Mikayıl Cabbarovdan yeni əmr
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzalayıb. Təhsil Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, nazir təhsil işçilərinin 2014-cü il sentyabr konfranslarının keçirilməsi haqqında əmr imzalayıb. Yeni əmrdə qeyd olunub ki, 2014-cü il 01-12 sentyabr tarixlərində ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları təşkil olunsun.Həmçinin əmrdə qeyd olunub ki, konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində keçirilsin, konfransların plenar iclaslarında “2013-2014-cü dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilib müzakirə edilsin.

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK