Qadin.NET / Suriyada yeni hökumət elan edildi

Suriyada yeni hökumət elan edildi

Suriyada yeni hökumət elan edildi
Çərşənbə günü Şamda yenə yenidən Vail Nader əl-Halqinin başçılıq etdiyi hökümət elan edilib. ANS PRESS-in məlumatına görə, dövlətin XİN (Valid Muallem), DİN (Muhammed əş-Şaar) və Müdafiə Nazirliyi (Fəhd Casem əl-Freyc) kimi əsas rəhbərliklər olmaq, əvvəlki kabinetin 19 naziri hökümət postlarını qoruyub saxlaya bilib.Nazirlərin əksəriyyəti iqtidarda olan Ərəb Sosial Dirçəliş Partiyasına aiddirlər. Əl-Halqiyə kabineti qurmaq üçün 19 gün vaxt verilib. Qeyd edək ki, Əl-Halqi keçmiş səhiyyə naziri olub. Prezidentə məxsusi yaxınlığı ilə seçilən Əl-Halqi 2012-ci ilin 9 avqustunda baş nazir elan edilib. Belə ki, onun Suriyadan qaçıb İordaniyaya sığınan sələfi Riad Fərid Hicab Əsədə qarşı çıxaraq müxalifətə qoşulmuşdu.

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK