Qadin.NET / Prezidentlik gerbində Fatiha surəsi

Prezidentlik gerbində Fatiha surəsi

 

Prezidentlik gerbində Fatiha surəsi

Ötən gün hakim Ədalət və İnkişaf Partiyasının 1-ci fövqəladə qurultayında Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. ANS PRESS-in yerli mətbuata istinadən xəbərinə görə, çıxışdan sonra Ərdoğana xüsusi bir hədiyyə verilib. Məlumata görə bu, Dənizli şəhərində nəqqaş-usta tərəfindən hazırlanan, ətrafında ərəbcə Fatiha surəsinin yazıldığı prezidentlik gerbi olub. Xüsusi gerbin dizaynının millət vəkili Nurcan Dalbudak tərəfindən hazırlandığı bildirilsə də gerbi hazırlayan nəqqaş barədə məlumat verilməyib. 

 

Mənbə: ANS PRESS

28 avqust 2014
GO BACK