Qadin.NET / Azərbaycanda yeni tarixi abidələr aşkarlandı

Azərbaycanda yeni tarixi abidələr aşkarlandı

 

Şəkinin Fazıl kəndində aparılmış qazıntılar zamanı maraqlı əşyalar aşkarlanıb. 
Milli.Az Kanal S-ə istinadən bildirir ki, tapıntılar bu ərazidə eramızdan əvvəl insanların yaşayış və mədəniyyəti barədə daha zəngin təsəvvür formalaşdırır. Eləcə də o dövrdə Şəkidə iqtisadiyyatın yüksək inkişaf etdiyinin göstəricisidir. 
Şəkinin Fazıl kəndində e.ə. I minilliyə aid insanların dəfn olunduğu məzarlıq aşkar olunub. Tapıntılar Yoncalı Arxeoloji Abidəsində aparılan arxeoloji kəşfiyyat işləri zamanı üzə çıxıb. Yoncalı yaşayış yerinin ikinci hissəsində aparılan arxeoloji qazıntılar zamanı o dövrə aid iribuynuzlu və xırdabuynuzlu heyvanların buynuzları, mətbəx və anbar əşyaları və digər tapıntılar böyük maraq doğurur. 
Tapılan əksər əşyaların üzərində naxışların olduğunu görmək mümkündür. 
Məzarlıqdakı qəbirlər burada insanların maraqlı üsullarla dəfn olunduğunu göstərir. 
Belə ki, dəfn olunmuş şəxsin yanında onun əşyaları da sındırılaraq basdırılıb.
Bu tapıntılar o dövrdə Azərbaycanda yüksək inkişaf etmiş iqtisadiyyatın olduğunu sübut edir. Əkinçilik və maldarlığın iqtisadiyyatda əsas yeri təşkil etdiyi barədə müəyyən təsəvvür formalaşır. Əhalinin ovçuluq, balıqçılıq, quşçuluq və digər sahələrdə yüksək təcrübəyə malik olduğu bu qazıntılar zamanı əldə olunan məlumatların nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. 

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK