Azərbaycanda zəlzələ oldu
Şamaxıda zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, yerli vaxtla 09:26:30-da Qobustandan 25 km qərbdə Şamaxıda zəlzələ qeydə alınıb.Zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edən zəlzələ hiss olunmayıb.Bundan təxminən 21 dəqiqə sonra ərazidə bird aha zəlzələ qeydə alınıb. Məlumata görə, gün ərzində ikinci zəlzələ yerli vaxtla saat 09:47:36-da Qobustandan 19 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.Yerin 17 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.
Mənbə: ANS PRESS
27 avqust 2014
GO BACK