İngilis səhiyyə xidməti işçisi işdə gimnastika ilə məşğul olmağı məsləhət görüb. ANS PRESS-in məlumatına görə, Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (National Health Service, NHS) əməkdaşı Kevin Fenton iş zamanı bir müddət dayanmaq və açılışmaq üçün fasilə vermək lazım olduğunu bildirir.Belə ki, cəmi bir saat şaquli vəziyyətdə olmaq piylənmə və ürək-damar xəstəliklərinin inkişaf riskini xeyli azaldır. K.Fentonun fikrincə, kişilərin orta hesabla üçdə biri, qadınların isə 40 faizi idmanla heç məşğul olmur və həkimlərin həftədə beş dəfə 30 dəqiqəlik gimnastika hərəkətləri ilə məşğul olmaq barədə standart tövsiyələrinə əməl etmirlər. Halbuki işdə fasilələr mütləqdir.
Uzun müddət bir yerdə oturmaq insan orqanizminə ziyandır. Bu, ilk növbədə qamətin, ürək-damar sisteminin və digər orqanlarının fəaliyyətini pozaraq, sinir sisteminə zərər vurur. Hipodinamiya piylənməyə səbəb olur.
Qeyd edək ki, alimlər profilaktika üçün iş yerində ən azı bir saat dayanmaq məsləhət görürlər. Bu, bel əzələlərini möhkəmlədər, qaməti yaxşılaşdırar və lazımi qədər istirahət verər. Ayaq üstə durmaqla bir dəqiqədə əlavə olaraq 0,7 kalori, bir saatda isə 50 kalori sərf edilir.
Mənbə: ANS PRESS