Milli.Az AzerTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gündüz cənub-şərq küləyi 5-10 m/s, arabir 12-14 m/s.
Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° , yarımadanın bəzi yerlərində 40° isti olacaq.
Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 faiz , gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27° isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28° isti, Türkan, Hövsan, Şıx, Sahildə 28-29° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s əsəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s əsəcək.
Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındahava, əsasən, yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz olacaq.
Şərq küləyi 5-10 m/s əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Şərq küləyi 5-10 m/s əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 18-23° isti, gündüz 27-32° isti olacağı gözlənilir.