Qadin.NET / Dünyanı narahat edən xəstəliyə genetik zərbə

Dünyanı narahat edən xəstəliyə genetik zərbə

 

Müasir dünyanın baş bəlasına çevrilmiş Parkinson xəstəliyinin əsas qorxulu simptomlarından biri baş beyində dofaminin neyromediatorunun kifayət qədər yaranmamasıdır. Bu hormonun çatışmazlığı səbəbindən bədən hərəkətlərə nəzarətini itirir. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, Groupe Henri-Mondor Albert-Chenevier təşkilatının mütəxəssisləri və  Oxford BioMedica-nın alimləri Parkinson xəstəliyinin yeni metodunu hazırladıqları barədə məlumat yayıblar. ProSavin adlandırılan metodun əsasında xəstənin orqanizmində dofaminin yaranmasının bərpası durur.  
Mütəxəssislər heç bir maneəsiz xəstələrin beyninə genləri yeridərək orqanizmi vacib hormonu istehsal etməyə vadar ediblər. 
Bu metodika xəstəliyə qarşı təhlükəsiz və effektiv olduğunu artıq sübut edib.

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK