Qadin.NET / Onlar arıqlamaq istəmirlər

Onlar arıqlamaq istəmirlər

 

Bu yaxınlarda britaniyalı araşdırmaçılar sorğu keçiriblər. Məlum olub ki, kök britaniyalıların tam beşdə biri heç zaman arıqlamağa hətta cəhd də etməyib. Bundan başqa, onlar gözəl fiqura xatirinə ləzzətli, amma zərərli olan qidalardan vaz keçmək istəmirlər də. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu sorğunun nəticələri ekspertləri şoka salıb, çünki rəsmi hesablamalara görə, 2050-ci ilədək ölkə vətəndaşlarının 50%-i piylənmədən əziyyət çəkəcək. 
Sorğu zamanı bəzi faktlar ortaya çıxıb. Belə ki, britaniyalıların üçdə biri sağlam qidaların onların ciblərinə görə olmadığını deyib. Hər 10 nəfərdən biri sağlam qidalanma qaydasını bilmir. Kök olanların, demək olar ki, yarısı iradəsizlikdən arıqlaya bilmir. Hər beş adamdan biri isə öz qida rasionuna diqqət yetirmək istəmir. 

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK