Spirt xərçəng kimi öncə adamın ağzından, qırtlağından, boğazından, sonra da mədəsindən yapışır. Sonra da yavaş-yavaş öldürür.
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, son araşdırmalar spirtli içkilərin məhz deyilən yerlərdə xərçəng xəstəliyi yaratmasını ortaya çıxarıb. Yuxarı həzm orqanlarının xərçəng xəstəliyinin birbaşa, özü də 100%-li günahkarı məhz belə içkilərdir.
Alkoqoldan orta və yüksək dərəcədə istifadə edənləri müayinə edən alimlər bu nəticəyə gəliblər. Dünyada 2 milyard insan alkoqoldan istifadə edir. 76,3 milyon insan spirtli içkidən "qazandığı" xəstəlikdən əziyyət çəkir. Hər il isə alkoqol 1,8 milyon insanı o biri dünyaya aparır.
Xərçəngə gəlincə, alimlər deyirlər ki, bir çoxları alkoqolun kanserogen olduğundan xəbərsizdirlər. Amma artıq xəbərdar olmanın zamanı gəldi.