Qadin.NET / Piylənməyə qarşı yeni dərman

Piylənməyə qarşı yeni dərman

 

Bir qrup mütəxəssis fiziki gərginlik zamanı əzələdə yaranan  PGC-1a  zülalının baş beyinə piy qatlarından əlavə enerjinin ayrılmasının gərək olduğu barədə siqnal ötürməsini təsbit edib. 
Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, nəticədə insan orqanizmində piylərin yanma sürəti və effekti artır, bu isə nəticədə bədən quruluşuna təsir edir. 
PGC-1a zülalı ağ piyin yandırıcısı olan aminoizobiturat turşusunun güclü sintezini stimullaşdırır. O isə insana lazım olan enerjinin yaranmasına səbəb olur. 
Bundan başqa, yanma prosesi piy depolarından savayı qaraciyər hüceyrələrində də gedir. Alimlər hesab edirlər ki, bu kəşf piylənməyə, piy mübadiləsinin pozulmasına qarşı və qaraciyərin piy filtrasiyasına kömək edən effektiv preparatların hazırlanmasında istifadə oluna bilər. 

Mənbə: Milli.Az

 

27 avqust 2014
GO BACK