Qadin.NET / Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...

Adam qüsl alıb qurtarandan sonra yadına düşsə ki...

 

Milli.Az islam.az-a istinadən bildirir ki, qüsl zamanı bütün bədənin yuyulması vacibdir; bədənin xırda bir hissəsi də yuyulmamış qalsa, qüsl düzgün olmaz. İkincisi, bu yuyulma ardıcıllıqla olmalıdır: əvvəlcə baş və boyun, sonra bütünlükdə sağ tərəf, daha sonra bütünlükdə sol tərəf. 
Əgər qüsl alıb qurtarandan sonra yadına düşsə ki, baş ya boyunun bir hissəsi yuyulmayıb, gərək həmin hissəni yusun, sonra sağ, daha sonra sol tərəfi yusun. Əgər sağ tərəfdə yuyulmamış yer qaldığını xatırlasa, həmin yeri yumalı, sonra bütünlükdə sol tərəfi bir daha yumalıdır. Əgər yuyulmayan yer bədənin sol tərəfində idisə, bu zaman yalnız həmin yeri yumaq kifayətdir və qüsl düzgün sayılır. 
Amma bütün bunlar o zaman olar ki, qüslü bitirəndən sonra qüslü pozan hal yaranmasın. Əgər qüsl pozularsa, başdan-ayağa təzədən qüsl alınmalıdır.

Mənbə:Milli.Az
27 avqust 2014
GO BACK