Qadınların libidosunun artmasına və eyni zamanda iştahının azalmasına yönəlmiş dərman hazırlanır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onun 2015-ci ilin sonlarında satışa çıxarılması planlaşdırılır.
İstehsalçılar preparatın tərkibinə melatonin daxil ediblər, o, qadınların beyninə təsir edərək seksual cazibəni artırır. Bu preparatı qəbul edən qadın iki saat ərzində çox ehtiraslı olacaq. Eyni zamanda bu dərman iki saat müddətində onun aclıq hissini öldürəcək.
Hazırda preparatın yan effektləri öyrənilir. Hələlik yalnız bəzi qadınlarda ürəkbulanma törədəcəyi məlumdur. Əsası isə odur ki, asılılıq yaratmayacaq. Ekspertlər bildirirlər ki, qadın libidosu kişi libidosundan fərqlənir. Qadınlarda istəyin olmaması hormonal fonun dəyişməsi: menstrual dövr, menopauzanın başlanması, hamiləliklə əlaqədar olur. Bu hallarda preparat qadınların seksual "iştahı"nı effektiv surətdə artıracaq.