Qadin.NET / Bu xəstələr qısa müddətdə həyatını itirir...

Bu xəstələr qısa müddətdə həyatını itirir...

 

Bu xəstələr qısa müddətdə həyatını itirir...

Son günlərdə ALS xəstəliyinə diqqət çəkmək və dəstək olmaq üçün insanların bir vedrə buzlu suyu başlarına boşaltdığı aksiya gündəmin ilk sıralarında gəlir. Fenomenə çevrilmiş buzlu su tökmə aksiyası bir çox insanı ALS xəstəliyi haqqında qısa da olsa, məlumatlandırmağı bacardı. Lakin bu xəstəliyin insanlara göstərmiş olduğu digər mühüm bir həqiqət isə təkamül fərziyyəsinin yalnışlığı idi!
Amiotrofik Lateral Skleroz (ALS) eyni zamanda hərəki neyron xəstəliyi olaraq da bilinən, mərkəzi sinir sistemində, onurğa və beyin kötüyü adı verilən bölgədə neyron itkisindən qaynaqlanan bir xəstəlikdir. Bu hüceyrələrin itirilməsi əzələlərdə gücsüzlük və əriməyə yol açır. Adətən yetkin yaşlarda daha tez rast gəlinir. ALS xəstələrinin orta yaşayış müddəti 3 ilə 5 il arasında dəyişdiyi təyin edilmişsə də, daha uzun müddət yaşamaları da mümkündür.
ALS xəstəliyinin əsl səbəbi genetik faktorlardır. Bədəndəki “superoksid dismutaz” (SOD1) zülalının mutasiyası mis-sink asılılığından çıxması problemləri nəticəsində görülür. İmmunitet sistemində anormallıqlara yol açaraq DNT-in strukturunu və zülal sisteminin işləmə prinsipini pozan bir xəstəlikdir. Xəstəliyin hal-hazırda tam bir müalicəsi və yoluxuculuğu da yoxdur. Genetik səbəblər isə, qısaca qlütamat eksitotoksisitiyası, viral infeksiyalar, ağır metal intoksikasiyaları, xromosom üzərindəki Cu-Zn, Superoksid Dismutaz (SOD1) zülalının kodladığı gen üzərindəki mutasiyadır. Bu mutasiya isə dominant, yəni digər genlər üzərində hakim mövqedədir.
Məlum olduğu kimi, təkamül fərziyyəsi mutasiyaların canlıları inkişaf etdirdiyini və nizamlayıcı təsirə malik olduğunu iddia edir. Halbuki, eynilə ALS xəstəliyində müşahidə edildiyi kimi, heç bir mutasiya canlı orqanizmdə inkişafa, “təkamül”ə yol açmır, əksinə canlıları şikəst, ölümcül vəziyyətə gətirir. Mutasiyalar həmişə zərərli və canlı üçün öldürücü təsirə malikdir. DNT genetik quruluşunda, ya da sinir sistemində meydana gələn bir xəta və ya təxribata uğrama ona yeni məlumat əlavə etmir, tam əksinə, mövcud olan məlumatı pozaraq zərər törədir. İnsandakı digər qorxunc mutasiya nümunələrinə misal olaraq “Fil Adam” xəstəliyini, “Ağac Adam” və “Daş Adam” sindromlarını göstərə bilərik. Bu xəstəliklərdə də genlərdəki kiçicik bir dəyişiklik, yəni mutasiya insanda nəhəng şişlərin əmələ gəlməsinə, dəridə sümükləşmə və daxili orqanlarda daşlaşmaya gətirib çıxarır. Təbii ki, bütün xəstələr qısa müddətdə həyatını itirir...
Təkamülçülərin əsas iddiası olan mutasiyalar məhz bu cür öldürücü amillərdir. Hərçənd ki, təkamül fərziyyəsini müdafiə edənlər bütün bu qorxunc dəyişiklikləri görməzdən gəlir və mutasiyaları təkamülün başlıca amili və mexanizmi kimi qəbul edirlər. Mutasiyaların “faydaları”ndan dəm vuran təkamülçülər, hal-hazırda aksiyası bütün dünyanı əhatə etmiş ALS xəstəliyi kimi minlərlə zərərli mutasiya nümunəsini görməzdən gəlirlər və heç bir faydalı mutasiya nümunəsi də göstərə bilmirlər.
Bunu da əlavə edə bilərik ki, hal-hazırda dünyanın ən məşhur ALS xəstəsi ingilis nəzəri fiziki, kosmoloq Stefen Hokinqdir. Kainatın yoxdan yaradıldığını sübut edən “Biq Bənq” nəzəriyyəsinin inkişafı və qara dəliklər üzərindəki tədqiqatları ilə məşhur olan Hokinq bədənindəki mutasiyanın yavaş inkişafı ilə uzun illərdir ki, bu xəstəlikdən əziyyət çəkir.

Mənbə: ANS PRESS

 

26 avqust 2014
GO BACK