Qadin.NET / İsti hava şəraiti nə vaxta kimi davam edəcək?

İsti hava şəraiti nə vaxta kimi davam edəcək?

 

Azərbaycanda isti hava şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında avqustun 27-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

 

26 avqust 2014
GO BACK