Qadin.NET / Keşiş: Qarabağı verməliyik

Keşiş: Qarabağı verməliyik

Keşiş: Qarabağı verməliyik
Erməni Apostol Kilsəsinin Qarabağ Yeparxiyasının başçısı arxiyepiskop Parqev Martirosyan Azərbaycanın nəzarətinə qaytarılacaq ərazilərdən danışıb. ANS PRESS-in məlumatına görə, Soçi görüşlərini şərh edən erməni keşiş deyib: “Həyat təcrübəmdən və son 20-30 ilin hadisələrindən belə görürəm ki, Dağlıq Qarabağ bir neçə rayonu güzəştə getməlidir, referendum keçirilməlidir və bizə nazik dəhliz verməlidirlər. Ancaq təhlükəsizliyimizə zəmanət yoxdur”, - deyə arxiyepiskop Parqev vurğulayır. Arxiyepiskop Parqev Qarabağ danışıqlarına və ATƏT-in Minsk qrupunun fəaliyyətinə inanmadığını da bildirib. O, ümidlərinin yalnız Rusiya liderinə bağlı olduğunu vurğulayıb: “Soçi görüşlərindən sonra vəziyyət sakitləşdi. Buna görə Vladimir Putinə minnətdar olmalıyıq”. 

Mənbə: ANS PRESS

26 avqust 2014
GO BACK