Beynəlxalq Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi (ASİMDER) ilə Vyana Azərbaycan Mədəniyyət və İş adamları Dərnəyi arasında birgə fəaliyyət protokolu imzalanıb.ASİMDER-dən ANS PRESS-ə verilən məlumata görə, protokolun imzalanmasında əsas məqsəd erməni lobbisinin yalanlarını ifşa etmək və Dağlıq Qarabağın erməni silahlı bölmələri tərəfindən işğal etməsini dünya ictimaiyyətinə çatdırmaqdır.ASİMDER-in rəhbərri Göksəl Gülbəy Avropada erməni lobbisinin əsassız iddialarına qarşı daha çox işlər görərək 2015-ci ilə hazır olacaqlarını bildirib.“Məqsədimiz qondarma erməni soyqırımı və Dağlıq Qarabağın işğalı ilə bağlı həqiqətləri işıq üzünə çıxarmaqdır”, deyə Gülbəy bildirib.
Mənbə: ANS PRESS