Qadin.NET / Fidel Kastronu belə görməmişdiniz

Fidel Kastronu belə görməmişdiniz

 

Fidel Kastronu belə görməmişdiniz

Kubanın əfsanəvi lideri, bu ölkədə inqlabın rəmzi olan Fidel Kastronun sosial şəbəkədə qeyri-adi fotosu yayılıb. ANS PRESS-in xəbərinə görə, inqlabçı lider bu fotoda minlərlə tamaşaçının olduğu stadionda beyzbol oynayır. Əlində tutduğu beyzbol dəyənəyi ilə vuruş edən Kastronun əynində ənənəvi olaraq hərbi geyim var.Məlumata görə, şəkil 1959-cu ildə Kastro 33 yaşında ikən paytaxt Havana şəhərində çəkilib. Fidel Kastro 1926-cı ilin 13 avqust günü Kubanın Mayari şəhərində anadan olub. 1959-cu ildə Kubanın baş naziri olan Fidel Kastro 1961-ci ildə bu ölkədə sosializmi elan edib. Keçmiş SSRİ-nin ən böyük müttəfiqlərindən olan Kastro hər zaman ABŞ-a meydan oxuması ilə məşhur olub. 

Fidel Kastronu belə görməmişdiniz

 

Mənbə: ANS PRESS

26 avqust 2014
GO BACK