Qadin.NET / Qida məhsulları istehsalında artım

Qida məhsulları istehsalında artım

 

Qida məhsulları istehsalında artım

Bu ilin yeddi ayında qida, içki və tütün məmulatlarının istehsalı müəssisələri tərəfindən 1572,5 milyon manat həcmində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən ANS PRESS -ə verilən məlumata görə, 2013-cü ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 3,1 faiz, tütün məmulatları istehsalında 71,9 faiz artım, içki istehsalında isə 0,4 faiz azalma müşahidə olunub.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı müəssisələrində 49,8 milyon manat həcmində məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə geyim istehsalında 42,9 faiz artım, toxuculuq sənayesində 12,9 faiz, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalında isə 56,2 faiz azalma qeydə alınıb.

Mənbə: ANS PRESS

 

26 avqust 2014
GO BACK